Məmmədyarovla Nalbandyan Parisdə görüşəcəklər Siyasət

Məmmədyarovla Nalbandyan Parisdə görüşəcəklər

Xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrləri arasında görüşün vaxtı məlum olub.
Bu barədə APA-ya ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
Görüş mayın 31-də Brüsseldə baş tutacaq.
O bildirib ki, həmsədrlər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla isə iyunun 2-də Parisdə görüşəcəklər.
Ermənistan xarici işlər naziri Edvard Nalbadyan parlamentdə çıxışı zamanı görüşün keçiriləcəyini təsdiqləyib və separatçı rejimlə bağlı rəsmi İrəvanın ənənəvi iddialarını səsləndirib.
Nalbamdyan deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bütün işçi sənədlərdə Dağlıq Qarabağın danışıqlar tərəfi olmalı olduğu barədə maddə var.
Onun sözlərinə görə, Dağlıq Qarabağın iştirakı olmadan hər hansı sənədin imzalanması mümkün deyil. Nazir tezliklə Azərbaycanla imzalanması üçün hazır sənədin olmadığını da qeyd edib: "Danışıqların bərpası üçün şərait olmalıdır. Əgər bu şərait və monitorinq imkanı yaradılsa, onda bu danışıqlara başlamaq olar. Hazırda məhz bu istiqamətdə səylər göstərilir. Ola bilsin ki, həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşündə Vyana görüşündə əldə olunan razılaşmaların tam həyata keçirilməsi məsələsi müzakirə edilsin. Bu, sonradan danışıqların növbəti mərhələsinə yol aça bilər".