12:23
770
Mərkəzi İstanbul olmaqla Türkiyənin 6 əyalətində FETÖ ilə əlaqədə şübhəli bilinən 20 nəfər saxlanılıb. Onlar dindirilmə və digər zəruri prosedurların aparılması üçün polis idarəsinə gətiriliblər.
Xalqcebhesi.az xəbər verir ki, bundan əlavə, saxlanılan şəxslərin yaşayış ünvanlarında aparılan axtarışlar zamanı çoxlu sayda təşkilati sənəd və rəqəmsal materiallar müsadirə olunub. Şübhəlilərin şəxsiyyəti və ünvanları gizli məlumatdan əldə edilən materialların araşdırılmasından sonra müəyyən edilib.
Eyni zamanda, İstanbul Terrorla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat çərçivəsində İŞİD üzvlərini maliyyələşdirməkdə təqsirləndirilən 6 şübhəli şəxs saxlanılıb. Ünvanlarda aparılan axtarışlar zamanı 13 000 dollar, rəqəmsal materiallar və təşkilati sənədlər ələ keçirilib.
Məryəm Quliyeva