Prezidentlər iyunun sonunda görüşəcəklər Siyasət

Prezidentlər iyunun sonunda görüşəcəklər

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşünün vaxtı məlum olub

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün vaxtı məlum olub.
Rusiya Xarici İşlər Nazirliyindəki mənbə "RİA Novosti"yə bildirib ki, görüş iyun ayının sonlarına planlaşdırılır.
Xatırladaq ki, dünən Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Fransanın Rusiyadakı səfiri Jan Moris Riperlə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammiti müzakirə edib.
Bu barədə Rusiya Xarici İişlər Nazirliyinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, görüş fransalı səfirin istəyi ilə baş tutub. Görüşdə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andryu da iştirak edib.
Görüşdə Ukrayna, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı vəziyyət müzakirə edilib.