Millət vəkili TMT üzvləri ilə ilə görüşüb Siyasət

Millət vəkili TMT üzvləri ilə ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Türk Müqavimət Təşkilatının (TMT) üzvləri ilə ilə görüşüb. Millət vəkili görüşdə ŞKTC-nin uğurlarına dost, qardaş Azərbaycanın hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü, Azərbaycan xalqının ürəyinin hər zaman Şimali Kiprdəki qardaş-bacılarımızın yanında olduğunu bildirib. Dəfələrlə Şimali Kiprə səfər etdiyini, buradakı insanların, ŞKTC-nin tarixi, bu günü, yaşadığı ağır faciələr, ədalətli mücadiləsi ilə bağlı məqalələr, kitablar yazdığını vurğulayan millət vəkili əlaqələrin və əməkdaşlığın artmasının sevindirici bir hadisə olduğunu, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inandığını bildirib. ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il surətlə artmasının müsbət hadisə olduğunu vurğulayan millət vəkili görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Xocalı boyqırımı barədə ətraflı məlumat verib, "Karabağ hikayeleri" adlı kitabnı hədiyyə edib. O, deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi vandalizm aktlarını, qondarma erməni soyqırımı yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə, beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar. Millət vəkili Azərbaycan həqiqətlərinin ŞKTC ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində TMT-nin öz səylərini daha da artıracağına inandığını deyib. TMT-nin rəhbərliyi və üzvləri də Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafına böyük önəm verdiklərini və Azərbaycan, Qarabağ həqiqətlərinin daha da geniş yayılması istiqamətində səyləri gücləndirəcəklərini deyiblər.