Türkiyə ilə Rusiyanı Azərbaycan barışdırıb Siyasət

Türkiyə ilə Rusiyanı Azərbaycan barışdırıb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, baş nazir Binali Yıldırım Ankara ilə Moskva arasında normallaşan münasibətlərdən danışıb.
AKP-nin qrup toplantısında çıxış edən Binali Yıldırım Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında gösətrdiyi səyə görə Azərbaycana təşəkkür edib.
"Münasibətlərimizdəki geriləməni düzəltmək üçün konstruktiv mövqe sərgilədik. İki lider arasında davam edən dolayısı təmaslar nəhayət cavab tapdı.
Türkiyə ilə Rusiya arasındakı buzların əriməsi təmin olundu. Biz qardaşlarımız Azərbaycan və Qazaxıstana və bu məsələdə göstərdikləri gərgin səylər üçün minnətdarlıq edirik. Xüsusilə də, qardaşımız Azərbaycan liderinə minnətdarlığımızı bildiririk. İndi başqa bir dövr başlayır. Dostlarımız artacaq, düşmənlərimiz azalacaq".