“Türkiyə NATO-dan çıxarıla bilər” Siyasət

“Türkiyə NATO-dan çıxarıla bilər”

Türkiyənin demokratik dəyərlərə zidd hərəkətləri ölkənin NATO-dan çıxarılmasına səbəb ola bilər.
Bunu Con Kerri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O, həmçinin qeyd edib ki, ABŞ "Türkiyədə seçilmiş hakimiyyətin tərəfindədir".
Eyni zamanda, Kerri vurğulayıb ki, ABŞ Türkiyəni "demokratiya institutlarına hörmətə və qanunun aliliyini ən yüksək səviyyədə saxlamağa" çağırır.
"Biz, əlbəttə ki, çevrilişə cəhd edənlərin qanunla cəza almasının tərəfdarıyıq, lakin biz bunun qanun çərçivəsindən çıxılmasından narahatıq", - deyə dövlət katibi əlavə edib.
Federika Mogerini, öz növbəsində, xəbərdarlıq edib ki, edam cəzasını tətbiq edən ölkələr Aİ-yə üzv ola bilməzlər. Kerri isə "NATO-nun da demokratiyaya hörmətə dair tələblərinin olduğunu" qeyd edib.
Türkiyədə hərbi çevrilişə uğursuz cəhddən sonra hərbçilərin kütləvi həbsinə başlanılıb və ölüm cəzasının bərpa edilməsi ilə bağlı təkliflər irəli sürülüb.