Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Xəzər düyünü Moskvada da açılmadı

Xəzər düyünü Moskvada da açılmadı Siyasət

Xəzər düyünü Moskvada da açılmadı

Elmar Məmmədyarov: "Azərbaycan hüquqi statusunun Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət ruhunda həllinin tərəfdarıdır"
Məhəmməd Cavad Zərif: "Xəzərin hüquqi statusu ilə bağlı mövqeyimizdə hər hansı dəyişiklik yoxdur və buna heç ehtiyac da görmürük"

Dünən Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin konfransı keçirilib. Beynəlxalq Ticarət Mərkəzində keçirilən konfransda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iştirak ediblər.
Konfrans bu ilin payızında Həştərxanda keçiriləcək Xəzər sammitinin gündəliyi, proqramı və yekun sənədlərinin müzakirəsinə həsr olunub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iclasda çıxış edərək bildirib ki, Azərbaycan əməkdaşlığın bütün sahələrinə, o cümlədən Xəzər dənizinin hüquqi statusuna dair məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət ruhunda, qarşılıqlı tərəfdaşlıq, sülh vasitələri və danışıqlar yolu ilə həllinə sadiqliyini bir daha təqsdiq edir. O qeyd edib ki, bu ilin payızında Astraxanda nəzərdə tutulan gündəliyin tam hazırlanması və Xəzəryanı dövlətlərin ölkə başçılarının sammitində yekun sənədlərin qəbulu Xəzər probleminin təməl prinsiplərinin razılaşdırılmasına dair gözəçərpacaq dərəcədə irəliləyişə zəmin yaracaq və Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün mövcud bazanı möhkəmləndirəcək.
Elmar Məmmədyarovun sözlərinə görə, Xəzər regionu dövlətlərinin əməkdaşlığı üçün hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə əhəmiyyətli iş görülüb.
XİH rəhbəri bildirib ki, 2010-cu ilin noyabrında Bakıda bütün Xəzəryanı dövlətlər tərəfindən Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyasının başa çatması bu sahədə tərəflərin sıx əməkdaşlığına yeni təkan verəcək.
Nazir onu qeyd edib ki, Azərbaycan sahilyanı dövlətlərin Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti ilə bağlı ümumi narahatçılığını və Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişlənməsində marağını bölüşür.
Konfransın işindən sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə bildirib ki, Xəzəryanı ölkələrin İşçi qrupunun növbəti görüşü iyunda Tehranda keçiriləcək. Onun sözlərinə görə konfransda XİH rəhbərləri öz aralarında müştərək çalışmaların artırılmasının zəruriliyini vurğulayıblar: "Həştərxan sammitinin bəyannaməsi ilə bağlı razılıqlar əldə olundu. Bir sıra məsələlər qaldı ki, bunlar Tehranda keçiriləcək işçi qrupun iclasında və həmçinin sammitdən öncə işçi qrupunun Həştərxanda keçiriləcək iclasında müzakirə olunacaq".
Onun sözlərinə gərə, iclasda bəzi ixtilaflı məsələlərin gündəlikdən çıxarılması və yerdə qalan bəzi ixtilaflarla bağlı həll yollarının tapılması üçün razılıq əldə olunub.
İranın Xəzərin hüquqi statusu ilə bağlı mövqeyinə gəlincə isə, Zərif bəyan edib ki, bununla bağlı ölkəsinin mövqeyində heç bir dəyişiklik yoxdur və rəsmi Tehran hansısa dəyişikliyə də ehtiyac duymur.
Rusiya XİH rəhbəri Sergey Lavrov isə jurnalistlərə deyib ki, tərələr Xəzərin hüquqi statusu barədə konvensiya layihəsi üzərində işlərin gedişatını nəzərdən keçiriblər və dənizin statusunun həlli üzrə danışıqlarda ciddi irəliləyiş əldə edilib.