“Leyla Yunus haradadır?” Siyasət

“Leyla Yunus haradadır?”

Novella Cəfəroğlu: "Azərbaycanda olmaya-olmaya necə siyahı tərtib edə bilər?"

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Avropada mühacirətdə yaşayan Sülh və Demokratiua İnstitunun (SDİ) direktoru Leyla Yunusun xarici ölkədə yaşayaraq, Azərbaycanda "siyasi məhbus" siyahısı hazırlamasına etirazlı münasibət bildirib. Cəfəroğlu deyib ki, bu şəxsin Azərbaycanda olmaya-olmaya hansısa siyahı hazırlaması doğru qərar deyil. İşçi qrupunun üzvü sual edib: "Leyla Yunus məgər Azərbaycandadır ki, siyahı da tərtib etsin? O hardadır? Azərbaycanda olmaya-olmaya necə siyahı tərtib edə bilər?".
Qeyd edək ki, bu, Novella Cəfəroğlunun Leyla Yunus haqqında ilk mənfi rəyi deyil və daha öncələr hazırlanan qondarma siyahılarda da hüquq müdafiəçisi SDİ rəhbərini ittiham edib.
Məsələn, bir müddət öncə o, Leyla Yunusu xarici dairələrə işləməsi barədə kəskin şəkildə ittiham etmişdi. SİTAT: "Yunus ömrü boyu Rusiyaya işləyib. Ömür boyu Rusiyanın əlində olub, indiyə kimi deməmişəm, indi deyirəm. Rusiyanın agenti olub hər zaman, ağzımı açdırmasın. O və qaynı kimilər sadəcə mənim nüfuzuma paxıllıq edirlər".
Novella Cəfəroğlu deyib ki, nə Leyla Yunus, nə əri, nə qaynı heç vaxt onu maraqlandırmayıb: "Mən onunla özümü müqayisə edə bilmərəm. 20 ildən çoxdur yol gələn insanam. Leylanı it kimi qovmaq lazımdır. Vaxt gələcək bütün məsələlər açılacaq, müharibə vaxtı onun kimlə işlədiyi, müharibədən sonra necə işlədiyi məlum olacaq. Vaxtilə onun Müdafiə Nazirliyində işi sayəsində bu günə düşdük. Onun çox işlərini bilirik amma yenə də demirik. Mən vətənimi sevib danışıram. Azərbaycanı təhqir etməyə heç kimə imkan verməyəcəyəm, yenə də deyərəm ki, Azərbaycanı son pillədə saxlamağa ixtiyarları yoxdur". (BAX: http://news.milli.az/politics/196714.html)
Xatırladaq ki, Leyla və Arif Yunuslar müxtəlif səpgili cinayət əməllərinə görə həbs olunsalar da, Azərbaycan hakimiyyətinin humanist siyasəti nəticəsində vaxtından əvvəl azadlığa buraxılıblar. Bundan sonra onlar Avropaya mühacirət ediblər.