“Azərbaycan xalqı nəyin nə olduğunu çox gözəl bilir” Siyasət

“Azərbaycan xalqı nəyin nə olduğunu çox gözəl bilir”

Rövşən Məmmədov: "Öz ədalətini də tez bir zamanda Qarabağda bərpa edəcək"

"Roma Papasının "Tək yol səmimi dialoq və müzakirədir" fikri heç də normal qarşılanmamlıdır və katoliklərin lideri sülh, danışıqlar tərəfdarıdırsa xristian dünyası Ermənistana təzyiq göstərməklə onu bu prosesə cəlb etməlidirlər. Təssüflər olsun ki, Papa bütün qərbli və rusiyalı sələfləri kimi bu səmimi dialoqu və müzakirəni 23 ildir uzadan, əvəzində Azərbaycan xalqına böyük ziyanlar vuran, arzu olunmayan status-kvonu qorumağa çalışan Ermənistanı qınamır. Əlbəttə bu münaqişə müharibəsiz həll edilərsə və hər şey beynəlxalq hüquq normaları müstəvisində yoluna qoyularsa çox yaxşı olar". Bu fikirləri müstəqil ekspert Rövşən Məmmədli bildirib. O deyib ki, ancaq beynəlxalq hüquqa hörmət etməyən tərəf kimi Ermənistan qınanmalıdır, ona sanksiyalar tətbiq olunmalı, təziyiqlər göstərilməlidir: "Ermənistanın apardığı bu işğalçılıq siyasəti birmənalı və sərt şəkildə qınanmalı, etiraf olunmalıdır ki, Ermənistan rəhbərləri də məcbur olub ədalətli sülhə razılıq versinlər. Bizim Qarabağ məsələsində ən böyük yanlışımız bu məsələni beynəlləşdirmək və həlli yolunu tapmasını ATƏT kimi xristian təəssübkeşi olan quruma tapşırmağımız olub. İndi Papa məsələnin beynəlxalq hüquq normalarına uyğun dərhal həll edilməsini təklif etmək əvəzinə "Beynəlxalq Ədalət Məhkəməsi" nə müraciət etməyi təklif edir. Bunu necə anlamaq olar? Qarabağı beynəlxalq aləm Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və bu torpaqların tarixi Azərbaycan torpaqları olmasını da hamı, elə Papanın özü də yaxşı bilir. Daha biz nə üçün təzədən beynəlxalq məhkəməyə müraciət etməliyik?. Bu məhkəmənin də şübhəsiz ermənipərəst mövqe nümayiş etdirən Qərbin təsiri altında olacağı gün kimi aydındır. Belə məhkəmədən "ədalət" gözləmək isə çətindir". Ekspertin sözlərinə görə, "digər yol müharibədir" deyən Papa yaxşı bilir ki, Azərbaycan müharibə tərəfdarı deyil, ancaq Ermənistan tutduğu təcavüzkar, işğalçı mövqeyindən kənara çəkilməsə və Azərbaycanın işğal etdiyi əraziləri qeyd-şərtsiz, dərhal boşaltmasa müharibə qaçılmazdır: "Bunu Papa görür və bilir. Bəs onda niyə həqiqəti demir, niyə Ermənistanın bu işğalçı mövqeyini pisləmir, qınamır? Əgər Papa bu qınağı etsə Qərbin də mövqeyi həmin məsələdə 180 dərəcə dəyişə bilər və Ermənistan gerçək qınaq qarşısında aciz qalar. Nəticə etibarilə Qarabağ problemi də öz ədalətli həllini tapar. Daha Azərbaycanın tarixi torpaqlarını hansısa "Beynəlxalq Ədalət məhkəməsinə" çıxarıb bu məsələnin həlli hüququnu birdəfəlik Azərbaycandan almaq kimi bir maraq güdmək də olmaz. Papanın "beynəlxalq məhkəməsinin" məqsəd məramı da budur". Rövşən Məmmədli bildirib ki, Azərbaycan xalqı və dövləti heç də bu məsələdə aciz deyil və bu məsələni tez bir zamanda öz daxili məsələsi kimi həll edəcək: "Onda Ermənistana hər fürsətdə dəstək və mövqeyini qoruyub saxlamaq üçün dolayı göstərişlər verənlərin əlləri boşda qalacaq. Papanın təkliflərinin ikinci hissəsi də çox müəmmalı və qorxulu bir haldır. Gürcüstanın Rusiya ilə problemlərinin olmasının Qarabağ məsələsinə nə dəxli var. Ancaq bu ilk baxışda belədir.A rdınca Papa deyir ki, Ermənistan dəqiq sərhədləri bəlli olmayan bir ölkədir və Azərbaycanla problemləri var. Görün burada Papa hansı məqsədi, hədəfi vurğulayır. Yəni Rusiya Gürcüstanın ərazilərini işğal etdiyi üçün Gürcüstanın Rusiya ilə problemi var. Ermənistanın isə dəqiq sərhədləri bəlli olmamasını vurğulamaqla dolayısı ilə bu sərhədlərə Qarabağın da aid olmasını arzulayır. Bu səbəbdən də Ermənistanın Azərbaycanla problemləri olduğunu dolayısı ilə vurğulayır. Bənzəri kimi də Gürcüstanın Rusiya ilə oxşar problemini göstərir. Papa dolayısı ilə Ermənistanın öz sərhədlərinin olduğu vəziyyətdən də artırmasına,.digər əraziləri də əhatə etməsinə işarə edir, haqq qazandırır və bu sərhədlərin Qarabağı da əhatə etməsini mümkün sayır. Bunun ardıncada məsələnin beynəlxalq ədalət məhkəməsinə verilməsini deməklə elə Ermənistanın öz sərhədlərini Qarabağa qədər uzatmasına nail olunması məqsədini güdür. Papadan sual olunur Birləşmiş Millətlər Təşkilatı hələ 25 il öncə Ermənistanı bir ölkə kimi tanıyıb və onun dəqiq sərhədlərinidə müəyyən edib. Bəs nədən o, "Ermənistanın dəqiq sərhədləri yoxdur2 deyir. Göründüyü kimi Papa bu söylədikləri ilə elə ermənilərin "Böyük Ermənistan" yaratmaq fikrini dolayısı ilə müdafiə edir və erməniləri buna daha da təhrik edir. Bu fikirdə tək Qarabağ məsələsi düşünülmür. Bu gün ermənilər Türkiyə dövlətinində yeddi vilayətinə əsassız tələblər irəli sürür və oranı gələcək Ermənistanın ərazisi kimi görürlər. Serj Sərkisyan bir neçə il əvəl İrəvanda keçirilən bir tədbirdə demişdi ki, biz nəsil Qarabağı aldıq, bizi əvəz edəcək gənclərimiz də Türkiyədə qalan 7 vilayətimizi almalıdırlar. Yaxşı diqqət etsək Papa ilə Sərkisyanın çəkici eyni yerə vurduqlarını və fikirlərinin üst-üstə düşdüyünü görərik. Roma Papası yaxşı bilir ki,tarixdə Ermənistan adlı dövlət olmayıb və ermənilər heç zaman dövlət qurmayıblar.Tarixən Roma imperiyasının, Bizans imperiyasının və sonda Osmanlı imperiyasının tərkibində yaşayıblar. Ancaq dünyaya yalnız öz marağından baxan Rusiya imperiyası ortaya çıxdıqdan sonra məhz Qərbin dəstəyi ilə Rusiya ermənilərə Azərbaycanın qədim torpaqları olan İrəvanda, Zəngəzurda, Göyçədə, Dərələyəzdə, Vedibasarda, Zəngibasarda, Borçalının dağ hissisində və digər əraziləri hesabına indiki Ermənistan dövlətini qurub verdi. Əslində Azərbaycan xalqı Rusiyanın bu addımını heç vaxt qəbul etməyib və bu tarixi ərazi itgisi ilə də barışmayıb. Məqamı çatanda Azərbaycan öz İrəvan xanlığını, Zəngəzur, Göyçəsini geri alacaq. Nəhyaət Roma Papası onu da bilməlidir ki, BMT-nin Ermənistanı tanıdığı məlum sərhədləri heç zaman Azərbaycan torpaqları hesabına yenidən böyüməyəcək. Azərbaycan xalqı nəyin nə olduğunu çox gözəl bilir və öz ədalətini də tez bir zamanda Qarabağda bərpa edəcək. Azərbaycan heç zaman öz torpaqlarının məsələsini hansısa birtərəfli və ədalətsiz "ədalətli" məhkəmələrə çıxarmayacaq və buna yolda verməyəcək".