Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb Siyasət

Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Budapeştdə macarıstanlı həmkarı Janos Martonyi ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, görüş Vişeqrad qrupu və "Şərq Tərəfdaşlığı" proqramı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində baş tutub.
Görüşdə Azərbaycanla Macarıstan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, eləcə də enerji, ticarət, mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
E.Məmmədyarov Qarabağ nizamlanması barədə məlumat verib və münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.