“Sarkisyanın son dövrlərdə səsləndirdiyi bəyanatlar kimlərisə sakitləşdirməyə hədəflənib” Siyasət

“Sarkisyanın son dövrlərdə səsləndirdiyi bəyanatlar kimlərisə sakitləşdirməyə hədəflənib”

Fikrət Sadıqov: "Artıq ona qarşı Ermənistanın özündə bir sıra siyasi qüvvələr birləşib"

"Hazırda Ermənistan prezidenti yalnız özünü düşünməlidir. Çünki bir sıra aparıcı dövlətlər və sağlam dairələr başa düşürlər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib". Bunu politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, təsadüfi deyil ki, Hamburqda həmsədr ölkələrin xarici işlər nazirləri tərəfindən qəbul edilən bəyanatda da qeyd edilir ki, Azərbaycan torpaqları azad olunmalı, Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çəkməlidir: "Bu baxımdan Sarkisyanın son dövrlərdə səsləndirdiyi bəyanatlar kimlərisə sakitləşdirməyə hədəflənib. Sarkisyanın Dağlıq Qarabağa etdiyi son səfərindən sonra səsləndirdiyi bəyanatı da oradakılara ümid vermək məqsədi daşıyırdı. Lakin o özü də bilmədən Ermənistanın çətin vəziyyətdə olduğunu etiraf etmiş olur. Artıq ona qarşı Ermənistanın özündə bir sıra siyasi qüvvələr birləşib. Hətta keçmiş tərəfdarları da ona qarşı çıxmağa başlayıblar".
Politoloq qeyd edib ki, hətta bir sıra ermənilərin Azərbaycana gəlib burada bir platforma yaratmaq istəyi Rəsmi İrəvana bir mesajdır "Sarkisyan hər hansı bəyanat səsləndirməmişdən öncə bunları düşünüb dərk etməlidir".