“Ermənistan hakimiyyətində olan cinayətkar dəstə ilə danışıqlar aparmaq mümkünsüzdür” Siyasət

“Ermənistan hakimiyyətində olan cinayətkar dəstə ilə danışıqlar aparmaq mümkünsüzdür”

"Ermənilərin ilk gündən məqsədi Dağlıq Qarabağı Ermənistana birləşdirmək olub. Bu gün də o istiqamətdə gedirlər". Bunu açıqlamasında millət vəkili Elman Məmmədov erməni deputatlarının Dağlıq Qarabağa səfərinə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, Ermənistan parlamentinin vitse-spikeri və digər deputatların Dağlıq Qarabağa gəlməsi düşmən ölkə başçısının bir müddət öncə həmin ərazilərə gələrək müxtəlif mesajlar verməsinin davamıdır: "Çox təəssüf ki, bu gün işğal altında olan ərazilərimizə nəzarət edə bilmədiyimiz üçün Ermənistanın cinayətkar, hərbi canilər, əli dinc insanların qanına batan Ermənistan prezidenti Serj Sarkisyan və onun ətrafında olan tör-töküntülər istədikləri zaman Dağlıq Qarabağa gedib, orada tədbir keçirə bilirlər. Ermənilərin son məqsədi tarixən Azərbaycan torpaqlarında yerləşib özlərinə dövlət yaratmaqdır. Necə ki vaxtilə Azərbaycan əraziləri hesabına dövlət yaradıblar, indidə ölkəmizin ərazisindən bir hissəni qoparıb, özlərinə birləşdirmək istəyirlər. Əminik ki, bu müvəqqətidir, tezliklə Azərbaycan əsgəri öz sözünü deyəcək. Lakin əsas məsələ onların məqsədləri deyil, həmin ərazilərin sahiblərinin düşünməsidir. Erməni çox yaxşı bilir ki, o torpaqların sahibi Azərbaycan xalqıdır və bir qarış torpağını heç kimə güzəştə getmək niyyətində deyil".
E. Məmmədovun fikrincə, Ermənistan hakimiyyətində olan cinayətkar dəstə ilə danışıqlar aparmaq mümkün deyil:"Zənnimcə son sözü Azərbaycan əsgəri deməlidir. Yəni biz hərbi gücümüzdən istifadə etməsək, düşmən ölkə danışıqlar yolu, hansısa qərar və qətnamə ilə torpaqlarımızı geri qaytarmayacaq. Ermənistan mütləq şəkildə güc görməlidir. Yalnız bundan sonra onlar bizə yalvarıb, danışığa gələcəklər. Başqa yol yoxdur. Bu gün Ermənistan özünü havadarlarının hesabına cəzasız mühitdə hesab edir və boş mesajlar verməklə məşğuldur. Bütün bunlar Azərbaycan əsgəri öz sözünün dedikdən sonra bitəcək. Hazırda Dağlıq Qarabağ ərazisində 30-40 min erməni yaşayır. Azərbaycan ordusu onları da sərhədlərimizdən kənara tullayacaq və öz torpaqlarına sahib olacaq".
Qeyd edək ki, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun rəhbərlik etdiyi nümayəndə heyəti - deputatlar Vahram Mkrtçyan və Karen Batoyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gəlib. Bu gün təmas xəttində yerləşən hərbi hissələrdə olan Şarmazanov erməni əsgər və zabitlərlə görüş keçirib.