Niderlandda Xocalı qurbanları yad ediləcək Siyasət

Niderlandda Xocalı qurbanları yad ediləcək

Ermənilərin 1992-ci il, fevral ayının 26-da Xocalıda həyata keçirdikləri soyqırımın 25-ci ildönümü Niderland Krallığında da qeyd olunacaq. Bu barədə bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatları məlumat yayıb. Bildirilib ki, fevralin 26- da Den Haag şəhərində Xocalı qurbanlarının əziz xatirəsi yad ediləcək. Tədbir Niderlandda fəaliyyət göstərən "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi, "Odlar Yurdu" Cəmiyyəti, Niderland Azərbaycan Türk Kültür Dərnəyi , "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" Cəmiyyəti və Avropa Azərbaycan Dostları Mərkəzinin birgə iştirakçılığı ilə baş tutacaq. Anım tədbirində Xocalı faciəsinin .şahidi, anasını o qanlı gecədə itirmiş Səriyyə Müslümqızı öz aci xatirələrini bölüşəcək. Tədbirdə həmçinin Haaqa Azərbaycan Məktəbinin şagirdlərinin ifasında şerlər səslənəcək, "Odlar Yurdu " Cəmiyyətinin sədri Frəngiz Bağırovanın Xocalı haqqında hekayəsə və Səriyyə Müslümqızının qısametrajlı filmi də nümayiş etdiriləcək.Tədbirə Azərbaycan Niderland Türkiyə Kültür Dərnəyinin təşəbbüsü ilə Den Haaqda qoyulmuş Xocalı Monumentində start veriləcək.