“Türkiyə özünə qarşı düşmən münasibət bəsləyən Avropanın qərarlarına böyük əhəmiyyət vermir” Siyasət

“Türkiyə özünə qarşı düşmən münasibət bəsləyən Avropanın qərarlarına böyük əhəmiyyət vermir”

Çağatay Balçı: "Avropa artıq uzun illərdir ki, Türkiyəyə qarşı mənfi münasibət bəsləyir"

Piter Teys: "Ankaraya qarşı əsassız qərarların qəbul olunması ilə Avropa İttifaqı öz problemlərindən diqqəti yayındırır"


Sevinc Fətəliyeva: "Hesabat qardaş ölkənin ünvanına qərəz dolu fikirlərdən ibarətdir"

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı qərarı müzxakirə mövzusu olaraq qalır. Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib. Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.
Bunun əslində bütün Avropa və ümumilikdə Qərbin Türiyəyə olan münasibətindən qalynaqlanması artıq heç kimdə şübhə doğurmur.
Avstriyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Sebastyan Kurtsun Türkiyə ilə bağlı bəyanatı da bunu sübut edir.
O bildirib ki, Brüsselə Türkiyə ilə daimi təmas lazımdır, lakin Avropa İttifaqına üzvlükdən söhbət gedə bilməz: "Bizə Türkiyə ilə müntəzəm təmas lazımdır. Əlbəttə, danışıqlar üçün kanallar da zəruridir, lakin Aİ-yə üzvlükdən söhbət gedə bilməz".
Bu bəyanat həm də onu ifadə edir ki, müzakirələr adı altında imitasiya ilə Türkiyəni ilə məsafə saxlamaq, Trükiyənin Avropaya qarşı əks həmləsindən yayınmaq və xüsusilə qaçqın mövzusu ilə bağlı rəsmi Ankaranın atacağı sərt addımlardan qorunmaq lazımdır.
Türkiyənin "Kafkassam" strateji araşdırmalar mərkəzinin analitiki Çağatay Balçı deyib ki, Türkiyə özünə qarşı düşmən münasibət bəsləyən Avropanın qərarlarına böyük əhəmiyyət vermir. Onun sözlərinə görə, Avropa uzun illərdir ki, Türkiyəyə qarşı mənfi münasibət bəsləyir: "Türkiyə artıq Avropaya rəğbət bəsləmir. Türkiyə xalqının ona ehtiyacı yoxdur. Türkiyə Avropanın qərarlarına əhəmiyyət vermir və yalnız ona hörmət bəsləyən ölkələrlə əməkdaşlıq edəcək".
ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib ki, Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı səhv və ədalətsizdir.
Onun sözlərinə görə, Ankaraya qarşı əsassız qərarların qəbul olunması ilə Avropa İttifaqı (Aİ) öz problemlərindən diqqəti yayındırır:
"Avropanın özünün çoxlu problemləri var. Məsələn, Portuqaliyada işsizlik, Albaniyada və Bolqarıstanda demoqrafik böhran və yoxsulluq, Makedoniyada sərhədlərin qorunmaması, eləcə də Aİ-nin rəsmi nümayəndəliklərində korrupsiya".
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Türkiyə ilə bağlı qəbul olunmuş məlum qərar obyektivlikdən tamamilə uzaqdır. Millət vəkili qeyd edib ki, Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat qardaş ölkənin ünvanına qərəz dolu fikirlərdən ibarətdir. Onun sözlərinə görə, böyük demokratiya tarixi olan Türkiyə dövləti ilə bağlı belə bir qərarın qəbul olunması qərəzdən başqa bir şey deyil: "Türkiyə hər zaman dialoqa açıq ölkədir və hər zaman Avropa sturkturları əməkdaşlığa maraqlıdır. Eyni zamanda, Türkiyə milyonlarla miqrantı qəbul edib və bu baxımdan, Avropa ölkələri üçün nümunədir. Belə bir ciddi problem-miqrant məsələsində Avropa dövlətləri Türkiyəyə dəstək verməlidir. Eyni zamanda, bu ölkədə həyaat keçirilən islahatlar da müsbət dəyərləndirilməlidir. Amma təəssüf ki, Avropa bu məsələlərdə əməkdaşlığa və dialoqa doğru addımlar atmır. AŞPA-nın bu qərarı da təşkilatda ikili standartlara və selektiv münasibətə əsaslanan siyasətin yenidən aktuallaşdığını göstərir. Fikrimcə, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin maraqlarına xidmət göstərir, eləcə də müstəqil milli dövlətlərə təzyiq göstərmək məqsədilə həyata keçirilir. Azərbaycanla əlaqədar qondarma "siyasi məhbus" oyunu, Kristofer Ştrasserin monitorinqi, bununla bağlı AŞPA-da aparılan müzakirələr və digər bu kimi məsələlər də deyilənləri təsdiq edir. İndi də Türkiyə haqqında qeyri-obyektiv qərarın qəbul olunması daha çox AŞPA-nın öz nüfuzuna böyük zərbə vurur. Çünki təşkilat qeyri-ciddi, obyektivlikdən tam uzaq bir qərar qəbul etməklə, əslində özünün müəyyən dairələrin əlində vasitə olduğunu nümayiş etdirir. Hesab edirəm ki, bu cür qərarlarla Türkiyənin beynəlxalq müstəvidə yerinə və roluna, eləcə də bu dövlətin həyata keçirdiyi siyasətə təsir etmək mümkün deyil".
Millət vəkili, professor Musa Qasımlı deyib ki, Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir və qərəzlidir. Onun sözlərinə görə, AŞPA-nın qərarı əsası olmayan, ədalətsiz, qərəzli qərar olub, Türkiyəyə təzyiq etmək məqsədi güdür: "Bəzi dairələr Türkiyəni güclü və sabit görməkdə maraqlı deyillər. Türkiyə bu qərarı qəbul etməz və cavabını verəcək.
Azərbaycan cəmiyyəti Avropa təsisatlarının özünə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqeyini, Qərbin islamofob dairələrinin müsəlman ölkələrini hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməyəcək".
Millət vəkili Jalə Əliyeva diqqətə çatdırıb ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qardaş və dost Türkiyə ilə bağlı qərarı, 13 ildən sonra bu ölkəni yenidən monitorinq altına alması çox haqsız, çox ədalətsiz və çox yanlış addımdır: "Bu qərarın, onu əsalandırmağa çalışanların da heç bir bəraəti olmaz. Bu, Avropada, Qərb dünyasında illərdir Türkiyəyə qarşı açıq-gizli yürüdülən antitürk, antiTürkiyə kampaniyasının bir tərkib hissəsidir". AŞPA-nın məlum qərarının Azərbaycan cəmiyyəti tərəfindən də haqlı narazılıq və kəskin etirazla qarşılnadığını bildirən millət vəkili deyib ki, bu, təsadüfi sayıla bilməz.
"Çünki dahilərimizin, öndərlərimizin dediyi kimi, biz iki dövlət-bir millətik. Türkiyənin sevinci bizim sevincimiz, Türkiyənin acısı bizim acımızdır, eynilə də, Azərbaycanın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri Türkiyənin kədəridir. Türkiyəyə qarşı atılan hər hansı bir yanlış addım da Azərbaycana qarşı atılmış bir hərəkətdir, bu, belə dəyərləndirilməlidir və hər zaman da belə dəyərləndiriləcək. Bunun əksi mümkün deyil"- deyən J. Əliyeva eyni zamanda hesab edir ki, ermənipərəst dairələrin himayəçisinə çevrilmiş beynəlxalq qurumların, o cümlədən, AŞPA-nın hər hansı bir qərarı, qərəzli addımı nə Türkiyəni, nə də Azərbaycanı öz yolundan döndərə biləcək: "Bu cür qərəzli addımlarla istər Türkiyənin, istərsə də Azərbaycanın zəifləyəcəyini, sözə və ələ baxan "üçüncü dünya dövləti" olacağını düşünlər, bunu öz qafalarında hesablayanlar çox səhv və yanlış düşünürlər. Nə Türkiyəni, nə də Azərbaycanı belə addımlarla zəiflətmək, gücsüzləşdirmək mümkün olacaq. Əksinə, istər Türkiyə, istərsə də Azərbaycan bu cür addımlar qarşısında daha dimdik dayanacaq, hər zaman olduğu kimi, bu dəfə də bu sınaqdan, bu mübarizədən daha güclü və daha əzmli şəkildə çıxa biləcək. Buna hər kəs, o cümlədən, AŞPA-dakı antitürk, antiTürkiyə, antiAzərbaycan dairələri da tam əmin olsunlar"-deyə, J. Əliyeva daha sonra sözlərinə əlavə edib.
Politoloq Ramiz Alıyev də AŞPA-daTürkiyə ilə bağlı qəbul edilmiş qərarı qətiyyətlə pisləyib və bunu ədalətsiz bir yanaşma kimi dəyərləndirib. Politoloq onu da qeyd edib ki, baş verən bu hal demokratik prinsiplərə ziddiyyət təşkil etməklə yanaşı, onu doğuran səbəblərə də aydınlıq gətirmək lazımdır: "Yəni sual etmək lazımdır ki, Türkiyə nədən hədəf seçilib. Əslində bu sualın cavabı hər kəsə bəllidir. Ancaq yenə də xatırlatmağa ehtiyac var. İlk növbədə onu qeyd etmək lazımdır ki, Avropada ümumilikdə bir türk düşmənçiliyi mövcuddur. Bu münasibət Türkiyə ilə yanaşı Azərbaycana qarşı da sərgilənir. Diqqət etsək görərik ki, dəfələrlə Azərbaycan da Türkiyə kimi Avropa tərəfindən bu kimi haqsızlıqlarla üzləşib. Onların başlıca məqsədi regionda həm Türkiyənin, həm də Azərbaycanın artan nüfuzunu əngəlləmək, bu iki dövlətin regional güc mərkəzinə çevrilməsinin qarşısını almaqdır. Çünki getdikcə güclənən Azərbaycan-Türkiyə əməkdaşlığı, dostluq və qardaşlığı, müttəfiqliyi Avropanın istər Cənubi Qafqaz, istər Yaxın Şərq, istərsə də digər regionlarla bağlı planlarını pozur. Ona görə də istər Türkiyə, istərsə də Azərbaycana qarşı bu kimi qərəzli yanaşmaların olması təbiidir. Amma hesab edirəm ki, bu kimi kampaniyalarla Avropa heç nəyə nail ola bilməyəcək?.


Əli