BAXCP-dən Türkiyəyə hərbi yardım çağırışı Siyasət

BAXCP-dən Türkiyəyə hərbi yardım çağırışı

Dünən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda iştimai-siyasi vəziyyət və digər məsələlər müzakirə olunub.
Son vaxtlar Türkiyəyə münasibətdə Qərb dövlətlərinin sargilədiyi mövqeyi müzakirə edən BAXCP İdarə Heyəti qardaş ölkəyə qarşı atılan addımları qətiyyətlə pislədiyini bəyan edib: "BAXCP İdarə Heyəti hesab edir ki, Qərb Türkiyə ilə terrorçular arasında hərbi qüvvələrini yerləşdirməklə onlara dəstək vermək əvəzinə PKK, YPQ, PYD və bu kimi terror qruplarına qarşı mübarizədə rəsmi Ankaranın yanında olmalı, müttəfiqini müdafiə etməlidir".
BAXCP İdarə Heyəti məsələ ilə bağlı Azərbaycan hökumətinə də çağırış edib: "Hesab edirik ki, ölkənin müharibə vəziyyətində olmasına baxmayaraq, Azərbaycan hökuməti Türkiyəyə hərbi yardım da daxil olmaqla hərtərəfli köməyini təklif etməlidir".