QDİƏT ölkələri XİN başçılarının görüşü keçiriləcək Siyasət

QDİƏT ölkələri XİN başçılarının görüşü keçiriləcək

Mayın 21-də İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib. O bildirib ki, QDİƏT-in 25 illiyinə həsr olunacaq görüşdə Rusiya, Azərbaycan, Albaniya və digər üzv ölkələrin nümayəndələri iştirak edəcək.
Mariya Zaxarova Rusiyanın QDİƏT regionu ölkələri ilə əməkdaşlığa mühüm önəm verdiyini söyləyib. O, mayın 22-də İstanbulda QDİƏT ölkələri dövlət və hökumət başçılarının görüşünün keçiriləcəyini də söyləyib.