Belçikalı siyasətçi “qara siyahı“ya daxil edilə bilər Siyasət

Belçikalı siyasətçi “qara siyahı“ya daxil edilə bilər

Belçikalı senator, Flandriya parlamentinin üzvü Yoris Poşe Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) arzuolunmaz şəxsləri siyahısına daxil edilə bilər.
Bunu XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.
Avropa İttifaqı Azərbaycanda yeni layihəyə başlayır
Bakıda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda pensiya sistemində islahatların həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" tvinninq-layihəsi başlayacaq.
Aİ-nin Azərbaycandakı nümayəndəliyindən Teleqraf.com-a verilən məlumata görə, iyunun 23-də start veriləcək layihənin məqsədi Azərbaycanda pensiya sistemi və sosial müdafiənin Avropa təcrübəsinə uyğun hala gətirilməsi üçün gələcək islahatlara təşviq etməkdir.
24 ay davam edəcək layihə 1,2 milyon avroluq büdcəyə malikdir və Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Fransanın Sosial İşlər və Səhiyyə Nazirliyi, Əmək, Məşğulluq, Peşəkar Hazırlıq və Sosial Dialoq Nazirliyi və Avropa və beynəlxalq məsələlər üzrə nümayəndə heyətinin birgə həyata keçiriləcək. Qeyd edək ki, bu, Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində Fransa ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək üçüncü tvinninq-layihə olacaq.