“Əgər ABŞ-la Azərbaycan arasında gərginlik yaşansa...” Siyasət

“Əgər ABŞ-la Azərbaycan arasında gərginlik yaşansa...”

İlqar Vəlizadə: "Bu, digər dövlətlərə də öz mənfi təsirini göstərəcək"

"Hər bir ölkənin öz nüfuzu və imkanı çərçivəsində digər dövlətlərə təsir göstərmək imkanı var. Azərbaycan regionda çox mühüm yer tutur. Hansı ki, fövqəldövlətlərin, eləcə də bu dövlətlərdən biri olan ABŞ-ın da regionda ciddi maraqları var. Azərbaycanla münasibətlərin gərginləşməsi bu dövlətlərin də maraqlarına cavab vermir". Bunu politoloq İlqar Vəlizadə deyib. Onun fikrincə, Azərbaycan həm Xəzər dənizi hövzəsi, həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionu baxımından mühüm önəm kəsb edir: "ABŞ-Azərbaycan münasibətlərinin kəskinləşməsi bu dövlətlərin maraqlarına cavab vermir. Münasibətlərin gərginləşməsi üçüncü dövlətlərin marağındadır. Hansı ki, onlar ABŞ-Azərbaycan münasibətlərinin kəskinləşməsində maraqlıdır. Əgər ABŞ-la Azərbaycan arasında gərginlik yaşansa bu, hər iki ölkəyə deyil, digər dövlətlərə də öz mənfi təsirini göstərəcək. Məsələn, əgər münasibətlər gərginləşsə və Azərbaycan Əfqanıstan tranzitini ənglləsə, bu, Əfqanıstana, oradakı proseslərə də öz mənfi təsirini göstərəcək. Odur ki, münasibətlərin qorunub saxlanılması olduqca önəmlidir".