“Diplomatik korpuslar və diaspor təşkilatları formal xatakterli tədbirlərdən uzaq durmalıdırlar” Siyasət

“Diplomatik korpuslar və diaspor təşkilatları formal xatakterli tədbirlərdən uzaq durmalıdırlar”

Ufuk Kamal: "Həmişə olduğu kimi, qatar yola düşdükdən sonra arxasınca qaçmağımız lazım deyil"

"Diplomatik korpuslar və diaspor təşkilatlarının fərqli statusları olsa da, əslində eyni məqsədlərə xidmət etməli olan qurumlardır". Bu fikirləri Almaniyada fəaliyyət göstərən Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyi Ufuk Kamal "Xalq Cəbhəsi"nə açıqlamasında səsləndirib: " Yəni onlar soydaşlarımızın xaricdə daha dolğun təmsil olunmasına yardım etməli, onun qarşılaşdığı problemləri yaşadıqları məmləkət insanlarının diqqətinə mümkün qədər daha geniş çatdırmalı, dostlarımızın sayını artırmalıdırlar. Bunun sırf dövlətin imkanlarıyla edilməsi, ya da sadəcə diaspor təşkilatlarının əliylə həyata keçirilməsi yetərli qədər effektli olmaya bilər. Bu iki növ qurumun eyni məqsədlər naminə imkanlarını birləşdirməsi ən yaxşı alternativdir. Lakin bu gün heç də hər şey arzu etdiyimiz kimi deyil. Bir tərəfdən diplomatik korpusun lazım olduğundan daha çox bürokratiyaya meylli olması, digər tərəfdən, diaspor təşkilatlarının maddi-texniki bazasının zəifliyi ən nəzərçapracaq problemlərdir. Onların aradan qaldırılması üçün opertaiv və effektli addım atılmalıdır. Həmişə olduğu kimi, qatar yola düşdükdən sonra arxasınca qaçmağımız lazım deyil! Hər şeydən öncə, bu koordinasiyanı həyata keçirməli olan dövlət orqanı ümumi bir çalışma strategiyasını hazırlamalı, formal xatakterli tədbirlərdən uzaq durmalı, insanla dövlətin, diaspor qurumları ilə diplomatik korpusun qaynaşmasını təmin etməli, öz körpü funksiyasını sonuna qədər yerinə yetirməlidir. Belə olduğunda həm xalqımızın, həm də onun övladlarının başı hər yerdə dik durar, səsimizi eşidənlərin, sözümüzü anlayanların da sayı bir o qədər çox olar".

Əli