Aİ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir Siyasət

Aİ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir

Avropa İttifaqı (Aİ) Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycanı özünə vacib tərəfdaş hesab edir.
Bu barədə dünən Avropa Xarici Əməliyyatlar Xidmətinin Avropa Komissiyası ilə birgə yaydığı Azərbaycana dair hesabatında deyilir.
Sənəddə bildirilir ki, Aİ 1994-cü ildə atəşkəs razılaşmasının imzalanmasından bu yana insan itkilərinin 2016-cı ildə ən yüksək həddə çatdığı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərini, habelə sülh, etimad və münaqişəsinin qarşısını almaq tədbirlərini dəstəkləyir.