Ermənistanın Haaqadakı diplomatik nümayəndəliyi qarşısında aksiya Siyasət

Ermənistanın Haaqadakı diplomatik nümayəndəliyi qarşısında aksiya

Azərbaycan-Türk Kültür Mərkəzinin təşkilatçılığı ilə Ermənistanın Niderland Krallığının Haaqa şəhərində yerləşən diplomatik nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, şəhər rəhbərliyi tərəfindən keçirilməsinə son anda icazə verilən aksiyada Azərbaycan, türk və digər xalqların diaspor təmsilçiləri iştirak edib.
Əllərində Azərbaycan, Türkiyə bayraqları, Xocalı soyqırımı ilə bağlı məlumatların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları Ermənistanın təcavüzkar, işğalçı siyasəti, onların Xocalıda törətdiyi insanlığa sığmayan cinayətləri ilə bağlı müxtəlif şüarlar səsləndiriblər.
Aksiyaçılar eyni zamanda şəhər sakinlərini və qonaqları Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda məlumatlandırıblar.
Mitinq Haaqada yerləşən beynəlxalq təşkilatlara və Hollandiya hökumətinə ünvanlanmış bəyanatın oxunması ilə başa çatıb.