“Avropa Şurası ikili standartları ilə məşhurdur” Siyasət

“Avropa Şurası ikili standartları ilə məşhurdur”

Ermənistan Azərbaycanın layiqli imicini qaralamaq əvəzinə diqqətini öz daxili problemlərinə cəmləməlidir.
Bunu Trend-ə Qlobal siyasət və Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti hər zaman beynəlxalq iştirakçıların mövqeləri ilə manipulyasiya etməyə çalışıb: "Avropa Şurasına gəldikdə isə, aşkardır ki, bu qurum Azərbaycanla münasibətdə ədalətsiz mövqe tutur. Avropada onun nüfuzu ləkələnib. Avropa Şurası ikili standartları ilə məşhurdur. Bu qurum daim Ermənistanı və onun insan hüquqlarını hər gün pozan hökumətini dəstəkləyir".
Ekspert bildirib ki, Ermənistan hökuməti Azərbaycan ərazilərinin işğalından diqqəti yayındırmaq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzadılması üçün və eyni zamanda Azərbaycana qarşı təbliğat kampaniyalarının maliyyələşdirilməsi ilə məşğul olmaq üçün "gözdən pərdə asmağa" çalışır.