Paşinyan polisləri Qarabağa göndərdi Siyasət

Paşinyan polisləri Qarabağa göndərdi

Ermənistan hökuməti Daxili Qoşunları sərhədə yeritmək haqqında qərar qəbul edib.
Bu barədə məlumatı "Qraparak" qəzeti yayıb.
"Daxili Qoşunlar haqqında Qanuna əsasən, bu qüvvələrin hədəflərindən biri müdafiədə iştirakdır. Lakin əvvəlki hökumətlər onlardan etiraz hərəkatlarının yatırılması üçün yararlanıblar. Artıq polisin rəhbəri Valeri Osipyana bu barədə Müdafiə Nazirliyindən təklif gəlib və o bunu qəbul edib. Təklifin təşəbbüskarı kimi Baş nazir Nikol Paşinyan çıxış edib.
İrəvan bu qoşunları 15 avqustdan etibarən Qarabağa da göndərəcək. Bu qoşunlar 15 günlük növbə ilə "sərhəd müdafiəsi" ilə məşğul olacaqlar", – deyə qəzet bildirib.
Qeyd edək ki, Ermənistan rəhbərliyi orduda şəxsi heyət çatışmazlığı olduğunu dəfələrlə bəyan edib və çıxış yolu kimi görülən tədbirlərin effekt vermədiyi bildirilir.