BAXCP sədri Türkiyə səfirinə başsağlığı verib Siyasət

BAXCP sədri Türkiyə səfirinə başsağlığı verib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyənin Tekirdağ əyalətinin Muratlı ilə Çorlu rayonları arasında yerləşən Sarılar məhəlləsi yaxınlığında baş verən dəmiryol qəzası ilə bağlı qardaş ölkənin Azərbaycandakı səfiri Erkan Özorala başsağlığı məktubu göndərib. Məktubda deyilir:
"Hörmətli cənab Səfir,
Baş verən dəmir yol qəzasında çoxsaylı insan tələfatının olması məni dərindən kədərləndirdi. Kədərinizə şərik olur, qəzada həlak olanların doğmalarına, Sizə və bütün Türk xalqına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirəm".