“KTMT-də başa düşürlər ki, Azərbaycan torpaqları işğal edilib” Siyasət

“KTMT-də başa düşürlər ki, Azərbaycan torpaqları işğal edilib”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun təşkilatın Qarabağ məsələsində Ermənistanın tərəfində durmayacağı ilə bağlı söylədiyi fikirlər Ermənistanda geniş müzakirələrə səbəb olub. Erməni mediası Ermənistan rəhbərliyini sərt tənqid edib.
KTMT birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov deyib ki, bu gün münaqişə tərəfləri bu məsələni özləri həll etməlidirlər:
"Bu şərtlər altında KTMT-nin güc tətbiqindən söhbət gedə bilməz".
Məsələni şərh edən politoloq Arzu Nağıyev diqqətə çatdırıb ki, deyib ki, bunlar Ermənistan rəhbərliyinin siyasi oyunudur: "İrəvanda deyirlər ki, guya Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejimini pozur. Ancaq həqiqətdə isə Azərbaycan ordusu erməni tərəfinin təmas xəttindəki təxribatlarının qarşısını alır". O bildirib ki, İrəvan başa düşməlidir ki, heç bir beynəlxalq təşkilat, o cümlədən KTMT işğalçıları dəstəkləməyəcək. "KTMT-də başa düşürlər ki, Azərbaycan torpaqları işğal edilib. Azərbaycan Ermənistandan fərqli olaraq, bu təşkilata üzv olmasa da, onun mövqeyi daha inandırıcıdır.
İrəvana elə gəlir ki, onların Dağlıq Qarabağda və Naxçıvandakı təxribat xarakterli fəaliyyətindən heç kimin xəbəri yoxdur. Ancaq beynəlxalq təşkilatların analoji bəyanatları onların qol-qanadını kəsir", - Nağıyev əlavə edib.