“Paşinyan əvvəlki davakar ritorikasından hələlik imtina edib” Siyasət

“Paşinyan əvvəlki davakar ritorikasından hələlik imtina edib”

"Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə öz salnaməsini pozaraq Ermənistanın danışıqlara tabe olduğunu və atəşkəs rejiminə sadiq qaldığını bəyan etdi. Eyni zamanda, prezident İlham Əliyevdən xahiş edib ki, cəbhədə atəşkəs rejiminə riayət etmək üçün Müdafiə nazirlərinin görüşünün təşkilinə razılıq versin".
Bu fikirləri politoloq Qabil Hüseynli MDB Dövlət Başçıları Şurası çərçivəsində Düşənbədə keçirilən görüşə münasibət bildirərkən deyib.
O bildirib ki, burada artıq N. Paşinyanın mövqeyinin ciddi sürətdə dəyişdiyini gördük: "Həmçinin, Paşinyanın danışıqlar prosesinin ATƏT-in Minsk qrupu çərçivəsində aparılmasına razı olduğunu, beləliklə də əvvəlki davakar ritorikasından hələlik imtina etdiyinin şahidi olduq. Əlbəttə, ermənilərə inanmaq müəyyən qədər çətindir, amma Paşinyanın hər hansı güzəştlərə gedəcəyi göz önündədir. Lakin onun əsas işi atəşkəsə nail olub ölkədəki parlament seçkilərinə diqqətini cəmləməkdir. Bu istiqamətdə də səylər göstərəcəyi məlumdur".