“Bu gedişatla Ermənistan “gey”lər ölkəsinə çevrilə bilər” Siyasət

“Bu gedişatla Ermənistan “gey”lər ölkəsinə çevrilə bilər”

"Təəssüf hissi ilə qeyd etməliyəm ki, son zamanlar Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər həyata keçirilir və bununla da beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycanın qanunları kobud şəkildə pozulur. Belçika parlament üzvlərinin Azərbaycan torpaqlarına qanunsuz səfəri Azərbaycan-Belçika münasibətlərinə mənfi təsir göstərə bilər. Xüsusilə də, bu səfərin üzdəniraqlar tərəfindən reallaşdırılması qondarma rejimin nə qədər biabırçı bir vəziyyətdə olduğunu göstərir". Bu fikirləri politoloq Ehtiram Aşırlı deyib. O bildirib ki, separatçı rejim bu səfərləri təşkil etməklə özünü "müstəqil ölkə" kimi tanıtmağa cəhd etsə də, buna nail ola bilməyəcək: "Xatırlayırsınızsa avqust ayında "internet qumarbazı" Den Blizerian işğal altında olan Azərbaycan torpağına səfər etmişdi. Separatçı rejim bu hərəkəti ilə daxili ictimaiyyətinə hər şeyin müsbətə doğru dəyişdiyini göstərməyə çalışsa da, istəyinə nail ola bilmədi. Qondarma rejim özünü "porno ulduzu", internet qumarbazı və digərlərinin dəstəyi ilə dünya arenasında tanınmağa çalışırsa, onda bu rejimdən hər şey gözləmək olar. İndi də üzdəniraqların dəstəyi ilə özlərini Avropa dəyərlərinə sadiq biri kimi göstərmək arzusundadırlar. Lakin bir şeyi unudurlar ki, Avropa dəyərləri işğalçılıq siyasəti üzərində qurulmayıb. Həmçinin onlar üzdəniraqların səfərlərini təşkil etməklə maliyyə dəstəyi əldə etməyi planlaşdırırlar. Bir sözlə, separatçı rejim homoseksuallara möhtac vəziyyətdədir".
E.Aşırlı qeyd edib ki, Avropada nüfuzu olmayan deputatın Qarabağa səfərinin ermənilər tərəfindən fəxarətlə təqdim edilməsi, separatçıların və erməni lobbisinin üzdəniraqlarla əməkdaşlığının və onların əsl kimliklərinin növbəti sübutudur: "Fikrimcə, yaxın zamanda homoseksuallığın qondarma rejimdə geniş yayılmasına müşahidə edəcəyik. Hətta bu səfər çərçivəsində maliyyə dəstəyinin təmin olunması qarşılığında qondar rejimdən belə bir şərt irəli sürülə bilər. Xüsusilə, işğal olunmuş ərazilərimizdə xidmət göstərən erməni əsgərlərin arasında homoseksuallığın geniş yayıldığı bir vaxtda. Bundan əlavə, Ermənistanın LGBT icmasına 30 min avro göndərdiyi barədə yazılar çıxmaqdadır. Bu yaxınlarda Material Henrix Bell Fondunun Cənubi Qafqaz ofisi tərəfindən həyata keçirilən və Aİ tərəfindən maliyyələşdirilən "Ermənistan və Gürcüstanda LGBT nümayəndələri üçün həmrəylik şəbəkəsi" layihəsi çərçivəsində "Zorakılıqsız cəmiyyət" ictimai təşkilatının köməyi ilə "Ermənistanda eynicinsli cütlüyün xoşbəxt, amma çoxları üçün anlaşılmaz hekayəsi" adlı yeni bir yazı yayımlanıb. Bu yazıda Romik Danial və Narek adlı iki eyni həmcinsin bir-birinə qovuşmasından, bunun timsalında sevgilərindən bəhs olunur. Son olaraq, bu gün Romik və Narek uşaq arzusundadır, Romikin sözlərinə görə bu, qələbə rəmzi olacaq. Xüsusilə qeyd etmək istəyirəm ki, Nikol Paşinyan jurnalist kimi faəliyyət göstərdiyi illər ərzində LGTB tərəfdaşı kimi çıxış edib. Bu gedişatla Ermənistan "gey"lər ölkəsinə çevrilə bilər. Görünür, bu işə ilk növbədə qondarma rejim başlayıb".