Azərbaycanla İsrail arasında münasibətlər daha sürətlə inkişaf edəcək Siyasət

Azərbaycanla İsrail arasında münasibətlər daha sürətlə inkişaf edəcək

2019-cu ildə Azərbaycanla İsrail arasında münasibətlər daha sürətlə inkişaf edəcək.
Bunu STMEGI – Dağ yəhudilərinin informasiya portalına müsahibəsində "Azİz" Azərbaycan-İsrail beynəlxalq assosiasiyasının baş direktoru Lev Spivak deyib.
O qeyd edib ki, 2018-ci il hər iki ölkə üçün uğurlu olub:
"Ötən il iki vacib hadisə baş verdi. Mart ayında İsraildə Azərbaycan-İsrail hökumətlərarası komissiyasının birinci iclası keçirildi. İkincisi isə müdafiə naziri Aviqdor Libermanın Azərbaycana səfəri oldu".
"Azİz"in gələcək planları barədə danışan Lev Spivak bildirib ki, 2019-cu ildə tədbirlərin keçirilmə coğrafiyasını genişləndirmək planlaşdırılır:
"Bizim Rusiya və Almaniyada tədbirlərimiz var. Bunlar 20 yanvar və Xocalı faciələrinin ildönümü, eləcə də Novruz bayramı ilə bağlı əlaqədar olacaq. Bu il biz "Azİz"in üçüncü qurultayını keçirməyi planlaşdırırıq".
Bundan başqa, Lev Spivak əlavə edib ki, "Azİz" akademik, tarixçi və politoloqların iştirakı ilə tədbirlərin təşkilatçılığı üzrə daimi işə başlamağı planlaşdırır.