“Bizim Gürcüstanla çoxşaxəli əməkdaşlığımız var” Siyasət

“Bizim Gürcüstanla çoxşaxəli əməkdaşlığımız var”

Asim Molazadə: "Səfər ölkə və xalqlarımız arasındakı münasibətlərin inkişafına xidmət edəcək"

"Gürcüstan Azərbaycan üçün çox mühüm strateji tərəfdaş və müttəfiqdir". Bu fikri Milli Məclisin deputatı Asim Mollazadə Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycana səfərini şərh edərkən deyib.
Deputat bildirib ki, Azərbaycan Gürcüstanın inkişafında və stabilliyində çox maraqlıdır: "Gürcüstan prezidenti Salome Zurabişvilinin prezident seçildikdən sonra ilk səfərini Azərbaycana etməyini yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu səfər ölkə və xalqlarımız arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Bizim Gürcüstanla çoxşaxəli əməkdaşlığımız var. Birlikdə bir sıra çox mühüm layihələri həyata keçiririk. Gürcüstanda yaşayan Azərbaycan icması da bu dövlətin güclənməsində maraqlı olduğuna görə bizim ölkələrimiz birgə inkişaf strategiyası müəyyənləşdirə bilir. Gürcüstanla əməkdaşlığımızın artması üçün çox böyük bir potensial var".