PA-nın məsul işçiləri şəhər və rayonlarda vətəndaşları qəbul edəcək Siyasət

PA-nın məsul işçiləri şəhər və rayonlarda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçiləri respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulunu keçirəcək.
Martın 14-ü və 15-də baş tutacaq qəbullar şəhər və rayonlarda saat 10:00-da başlayır. Qəbul martın 14-də
Bakı şəhəri Yasamal rayonu, Mingəçevir şəhəri, Ağdam, Ağdaş, Biləsuvar, Cəbrayıl (Biləsuvar), Hacıqabul, Kürdəmir, Qazax, Qəbələ və Quba rayonlarında, martın 15-də isə Bakı şəhəri Binəqədi rayonu, Yevlax, Ağstafa, Bərdə, Cəlilabad, Göyçay, Xaçmaz, Xocavənd (Beyləqan), Neftçala, Oğuz və Ucar rayonlarında keçiriləcək.