“Erməni lobbisi Mxitaryandan istifadə etdi” Siyasət

“Erməni lobbisi Mxitaryandan istifadə etdi”

“Bu məsələ əvvəldən də göründüyü kimi, Mxitaryanın yaratdığı şoudur. Çünki ondan əvvəl Azərbaycanda keçirilən bir neçə beynəlxalq idman yarışında erməni idmançılar da iştirak ediblər. Onların həyatlarına heç bir təhlükə olmayıb. Sağ-salamat öz ölkələrinə qayıdıblar. Hətta dövlət başçısı erməni idmançıya Azərbaycanda medal belə, təqdim edib”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında “Diasporun fəaliyyətinə junalistlərin dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. Onun sözlərinə görə, belə bir tolerant olkəyə qarşı Mxitaryanın "gəlmirəm" deyə, etiraz etməsi, hər halda məqsdəlidir: “Erməni lobbisi də açıq şəkildə bundan istifadə edib, Azərbaycana qarşı qara piar aparırlar. Ayrıca həmişəki kimi bir sıra Qərb təşkilatları da bu məsələ üzərindən Azərbaycana təzyiq etməyə çalışır. Beləcə Qərb "demokratları" idimanı siyasələşdirərək öz çirkin məqsdləri üçün istifadə edirlər.

Azərbaycan dövləti tərəfindən rəsmən Mxitaryanın təhlükəsizliyi üçün heç bir narahatlığın olmayacağı bəyan edilib. Mxitaryan şoudan əl çəkib özünü idmançı kimi göstərmək istəyirsə, Azərbaycanın qapıları onun üzünə açıqdır”.