İrəvan Moskvadan yeni silahlar alır Siyasət

İrəvan Moskvadan yeni silahlar alır

Ermənistana silah tədarükü və alışı prosesi davam edir.
Bunu Ermənistan Müdafiə Nazirliyinin Mətbuat katibi Artsrun Ovannisyan Putinlə Paşinyanın Sankt-Peterburqdakı görüşünü şərh edərkən deyib.
“Silah alışı kifayət qədər ağır prosesdir. Bu, dərhal və ayaqüstü həll edilmir” – deyə o bildirib.
Qeyd edək ki, Putinlə görüşündən sonra mətbuata açıqlama verən Paşinyan Rusiyanın İrəvana yeni silahlar verəcəyini və bu silahların “İsgəndər” raketlərindən geri qalmayacağını bildirmişdi.
Bu il ərzində Rusiya Ermənistana III hərbi kredit verməlidir.