“Yerevanda erməni terrorçuya heykəl qoyulması humanizm prinsiplərinə təhqirdir” Siyasət

“Yerevanda erməni terrorçuya heykəl qoyulması humanizm prinsiplərinə təhqirdir”

Yerevanda erməni terrorçu Soğoman Tehliryana heykəl qoyulması ermənilərin zaman-zaman türk xalqına qarşı apardığı düşmənçiliyin davamıdır. Xalqlar arasında düşmənçiliyi təbliğ edən bu heykəl təkcə görkəmli dövlət xadimi Tələt Paşanın şəxsiyyətinə yox, bütövlükdə humanizm prinsiplərinə həqarət və təhqirdir.
Bu fikirləri Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin sədri Mülazim Pahsa söyləyib.
M.Pahsa bildirib ki, ermənilər tarixin bütün dövrlərində türklərin barışıq və dostluq səsinə düşmənçiliklə cavab veriblər. Xocalıda soyqırımı törətmək, Azərbaycan torpaqlarının iyirmi faizini işğalda saxlamaq Ermənistan dövlətinin və erməni millətçiliyinin düşmənçilik xislətidir.
Qeyd edək ki, Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi Tələt Paşanı xaincəsinə qətlə yetirən erməni terrorçu Soğoman Tehliryana heykəl qoyulması və onun quruluşu ilə bağlı etiraz bəyanatı yayıb.