Parlamentin komitə iclasları sentyabrın 16-dan başlanacaq Siyasət

Parlamentin komitə iclasları sentyabrın 16-dan başlanacaq

Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il payız sessiyası ilə əlaqədar parlamentin komitə iclaslarına start verilir. Komitə iclaslarına sentyabrın 16-dan başlanılması gözlənilir. Artıq bəzi komitələrin ilk iclaslarının vaxtı məlum olub. Belə ki, MM-in Səhiyyə komitəsinin payız sessiyası ilə bağlı ilk iclası sentyabrın 18-də keçiriləcək. Bu haqda məlumat verən MM-in Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, ilk iclasda 2019-cu ilin yaz və növbədənkənar sessiyalarının hesabatı donləniləcək, həmçinin, növbəti payız sessiyası ilə bağlı komitənin qanunvericlik işləri müzakirə olunacaq, təsdiqlənəcək: "Həmçinin, iclasın gedişatında komitə üzvlərinin qanunvericilik işləri planı ilə bağlı fikirləri səsləndiriləcək, bu və ya digər təklifləri olacaq. Şəxsən mən özüm də bir sıra təkliflərlə çıxış etməyi nəzərdə tuturam".
Gələn həftə həmçinin, ilk iclası keçiriləcək komitələrdən biri də MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsidir. İclasın vaxtı və gündəliyi bugünlərdə məlum olacaq.