“Ermənistanın yeganə xilas yolu...” Siyasət

“Ermənistanın yeganə xilas yolu...”

Mübariz Əhmədoğlu: “Qonşulara qarşı normal siyasət aparmaqdır”

“Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Vanetsyanın ətrafında baş verənlər Ermənistanın müasir hakimiyyətinin daxilində baş verənlərin ən vacib göstəricilərindən biridir”. Bunu politoloq Mübariz Əhmədoğlu deyib. Mübariz Əhmədoğlu bildirib ki Vanetsyan mövzusu güman ki, uzun müddət müzakirə olunmayacaq; daha ciddi proseslər qarşıdadır. Vanetsyanın istefaya göndərilməsi isə bir sıra prizmalardan təhlil obyektidir:
“I. Vanetsyan ailəsi ilə birlikdə Tbilisidə Gürcüstanın keçmiş Təhlükəsizlik Xidmətinin rəhbər,i indiki Daxili İşlər naziri Qomelauri ilə birlikdə şəkil qoymasının hər halda mənası simvolikdir; Ermənistandan kənarda özünü təhlükəsizlikdə olduğunu nümayiş etdirdi. Başqa sözlə, Ermənistanda onun üçün təhlükə var imiş. O, Ermənistanda əhaliyə və siyasətçilərə təhlükə yaradan quruma rəhbərlik edib, Paşinyanın kombinatorikalarının hazırlanmasında və reallaşmasında çox yaxından iştirak edib. Beləliklə Vanetsyanın davranışı Nikol Paşinyanın ruhi xəstə olması ilə bağlı yayılan məlumatların bir daha təsdiqidir.
II. Vanetsyan Paşinyanın hakimiyyətinin sona çatdığını və eləcə də özünün vəzifədən gedəcəyini düşünərək çox böyük ehtimalla iri korrupsiya əməliyyatlarından şəxsi gəlir əldə edib. MDB dövlətlərindən yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətində korrupsiya ilə mübarizə ön planda idi və mətbuatın yazdığına görə keçmiş Maliyyə naziri Qrant Xaçatryandan müəyyən qədər pul alaraq onun azad olunacağını da vəd verib. Görünür Vanetsyan son dövrlərdə pul oyunlarına girişib və bu onun pul oyunları Paşinyanda şübhə yaradıb. Çünki Paşinyan və onun ailəsi hakimiyyətinin sonunun çatdığını düşünür və onların da puldan ehtiyacları yaranır. Beləliklə, pul bölgüsü üstündə Paşinyanla narazılıq Vanetsyanın istefasına səbəb oldu.
III. Rusiya Təhlükəsizlik Şurasının sədri Patruşevin İrəvana səfərindən 2 gün qabaq Vanetsyanın məzuniyyətə çıxması ilə bağlı məlumat yayıldı. Məlumatda Vanetsyanın 10 gün sonra məzuniyyətə çıxacağı göstərilirdi. Patruşevin İrəvanda görüşdüyü şəxslərin sırasında Vanetsyan yox idi. Vanetsyan Ermənistanda təhlükəsizlik siyasətində birinci şəxsdir. Təhlükəsizlik Şurasının katibi Qriqoryan inamlı sorosçudur. Patruşevin Vanetsyana qarşı de-marşı təsadüfi ola bilməzdi. Ehtimal ki, Vanetsyan Rusiyanın qarşısında "günahkardır". Günahını da güman etmək olar: Gürcüstanda ABŞ Milli Demokratiya İnstitutunun keçirdiyi rəy sorğusunda bəlli oldu ki, Gürcüstandakı ermənilər bu ölkənin əsas inkişaf istiqamətinin-NATO-ya inteqrasiyanın əleyhinədirlər. Cavaxetiya ermənilərinin Gürcüstanın NATO əleyhinə olması siyasətinin ucu Ermənistana gedib çıxdı. O vaxt Gürcüstanın Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri dərhal İrəvana gəldi. Görünür o zaman Vanetsyan Cavaxetiya ermənilərinin içərisində Rusiyanın əsas adamlarının adlarını Qomelaruriyə verib. Yeri gəlmişkən məhz indi ona görə də çox böyük arxayınlıqla o, Gürcüstanda sığınacaq tapıb. Beləliklə, Patruşevin Vanetsyana de-marşı sonradan özünün inkişafını tapıb və vəzifədən uzaqlaşdırıldı. Paşinyanın son dövrlərdə vəzifədən uzaqlaşdırdığı adamlar içərisində "qarşılıqlı razılaşma" yalnız Patruşevin səfərindən sonra istefaya göndərilənlərlə əlaqəli işlənilir. "Qarşılıqlı razılaşma" termini Vanetsyan üçün də tətbiq olundu.
Ermənistanın siyasi elitasının çürüdüyü və gələcəyə ümidsiz olduğu aşkarlandı. Ermənistanın yeganə xilas yolu qonşulara qarşı normal siyasət aparmaqdan, işğalçılıqdan əl çəkməkdən keçir”.