Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
23 Sentyabr 2019 14:20
2 534
Milli Məclisin 2019-cu il payız sessiyasının qanunvericilik işlər planı məlum olub.
İşlər planına Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri daxildir. Bundan başqa, payız sessiyasında “Peşə bilikləri haqqında”, “Sosial sifarişlər haqqında”, “Texniki tənzimləmə haqqında”, “Lombardlar haqqında”, “Ali təhsil haqqında”, “Kabel şəbəkəsi haqqında”, “ Kinematoqrafiya haqqında”, Yazılı abidələr haqqında”, “Daxili qoşunlar haqqında”, “Reproduktiv sağlamlığın qorunması haqqında”, “Turizm haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” layihələrinin müzakirəyə çıxarılması və bir sıra qanun layihələrinə dəyişikliklərin edilməsi gözlənilir.
Qeyd edək ki, payız sessiyası sentyabrın 30-da başlayacaq, dekabrın 30-dək davam edəcək.
20:55
532
19:20
581
16:47
602