“Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq” Siyasət

“Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq”

“Azərbaycanın durumunun ümidsiz olması fikrindən uzağam”. Bunu politoloq Tofiq Zülfüqarov deyib: “Mən hesab etmirəm ki, bizim vəziyyətimiz acınacaqlıdır və ya məğlub tərəf kimi görsənirik. Bəli, təəssüflər olsun ki, biz istədiyimiz məqsədlərə nail ola bilmirik. Amma bu, heç də o demək deyil ki, bu istiqamətdə heç bir iş aparılmır.
Bu gün ən vacib məsələ ondan ibarətdir ki, Azərbaycan bir dövlət kimi inkişaf edir. Həm iqtisadi, həm hərbi, həm də demokrafiya baxımından belə bir inkişaf mövcuddur. Problemin həllində gec və ya tez məhz bu faktorlar rol oynayacaq. Danışıqlar sadəcə olaraq, mənzərənin elementlərindən biridir. Biz tariximizə baxsaq görərik ki, bizə qarşı təcavüz və işğallar danışıqlar gedən vaxtı baş verib. Siyasi fəalllıq olsa da, danışıqlar bu işğalların qarşısının alınmasına kömək etməyib.
Qeyd etdiyim kimi, danışıqlar konfliktlə bağlı mənzərənin bir hissəsidir. Bu hissədə ermənilər belə bri görüntü yaratmağa çalışır ki, problemin həllində irəliləyişə nail olmaq mümkün deyil. Lakin bu, heç də o demək deyil ki, Azərbaycanda da vəziyyətlə barışıb və işğaldakı torpaqları geri almağın mümkünsüzlüyü haqında düşünür. Bu, belə deyil. Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq və öz məqsədinə nail olmaq üçün bütün imkanlardan istifadə edəcək”.