Malik Ayyub Sumbalın "İlham Əliyevin Doktrinası" adlı kitabı hazırlanır Siyasət

Malik Ayyub Sumbalın "İlham Əliyevin Doktrinası" adlı kitabı hazırlanır

Tanınmış pakistanlı aparıcı, siyasi analitik Malik Ayyub Sumbalın müəllifi olduğu "İlham Əliyevin Doktrinası" adlı kitabı hazırlanır. Malik Ayyub Sumbal Avrasiya.net-ə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş kitabda Cənubi Qafqaz ölkəsinin keçmişi və bu günü ilə mükəmməl bir idarəetmə sistemi barədə bilgi verilir. Kitab çox maraqlı fəsillərdən ibarətdir. Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin "Nərd Strategiyası"ndan "Mədəniyyət Diplomatiyası"na qədər müxtəlif mövzular var: "Nərd Azərbaycan xalqı arasında çox məşhur bir oyundur. Oyun zamanı oyunçular müxtəlif strategiyalar üçün düşünməlidirlər, məncə nərd çox şeyə, səbrə və insanların ümumi həyatındakı gündəlik problemləri necə həll etməyi öyrədən bir oyundur. Bu oyun həm də komanda halında işləmək üçün bir dərs verir”. M.A.Sumbal qeyd edib ki, çox şeyi bir yerdə birləşdirməyə çalışsa da, hər şeyi yekunlaşdırmaq çox çətin olsa da, bu işin öhdəsindən gəldiyini deyə bilər: "Azərbaycan millətinin uzun bir tarixi, yüz illərdən ibarət bir tarixi var". Bütün kitabın heyrətamiz olduğunu söyləyən müəllif, oxucunun maraq dairəsini artıracağına əmin olduğunu söyləyib: "Kitabda "'Bakı küləkləri' kimi cəlbedici bəzi fəsillər var."Bakı küləkləri" ilə bütün bir fəsil adlandırdım, bu küləklər zəhmlidir. Bu küləklər çox şey deyir, amma bu küləkləri dinləmək üçün küləklərin dilini başa düşmək lazımdır. "Bakı Küləkləri" nə aşiq oldum". Müəllif deyib ki, o, pərdə arxasında Azərbaycan millətinə və bu ölkənin rəhbərliyinə görünüş verməyə çalışıb. Müqayisəli bir analiz edib, Bakının bu günü və keçmişini reallığa əsaslanaraq göstərməyə çalışıb: "Bu ölkənin inkişafı Sovet dövrü ilə müqayisədə məhrumiyyətlə dolu idi. Beləliklə, Əliyevlər bu ölkəyə çox şey verdi, ən başlıcası bu ölkəyə ümummilli lider Heydər Əliyevi bəxş edib". Kitabın yaxın aylarda nəşr olunacağı planlaşdırılır.