“Yerli-yersiz danışmağı xoşayan Paşinyanın, üstəlik, tarixdən də başı çıxmır” Siyasət

“Yerli-yersiz danışmağı xoşayan Paşinyanın, üstəlik, tarixdən də başı çıxmır”

“Azərbaycan Paşinyanın tarixlə bağlı savadsızlığını üzə çıxarıb”. Worldmedia-nın yazdığına görə, bunu David Mkrtçyan Zham.am (Ermənistan) saytında yazıb.
Müzəllif qeyd edib ki, Bakı Dövlət Universitetinin yüzilliyində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan haqda da danışıb. O, deyib ki, Erənistandakı hakimiyyət dəyişikliyindən sonra Azərbaycanın beynəlxalq arenadakı mövqeyi bir neçə istiqamətdə əhəmiyyətli dərəcədə güclənib.
Əliyevin sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi fonunda Bakı-Moskva münasibətlərinin necə dəyişdyi kifayət qədər aydın görünür. Misal olaraq o, Qarabağ probleminə yanaşmanın dəyişdiyini göstərib. Paşinyan “Qarabağ Ermənistandır və nöqtə!” formulunu Stepanakertdə (Xankəndi – W.M) səsləndiribsə, Əliyev “Qarabağ Azərbaycandır və nida” formulunu Moskvada, Valday forumunda bəyan edib. İlham Əliyev bildirib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın arqumentlərində getdikcə daha çox inanır.
Njde probleminə də toxunan Əliyev ölkəsinin bu məsələdə də mövqe üstünlüyü qazandığını söyləyib. O, hesab edir ki, Paşinyan Njdeni Molotov və Soljenitsinlə müqayisə etməklə, tarixdən tam xəbərsiz olduğunu göstərib.
Bu yerdə qeyd etmək lazımdır ki, Azərbaycan həqiqətən də, faktiki olaraq Paşinyanın tarixlə bağlı savadsızlığını üzə çıxara bilib. Biz bunu çoxdan bilirdik, lakin ümid edirdik ki, bu haqda xaricdə xəbər tutmayacaqlar.
Görünür artıq Azərbaycanda da bilirlər ki, yerli-yersiz danışmağı xoşayan Paşinyanın, üstəlik, tarixdən də başı çıxmır. Onlar məhz bu üzdən Paşinyanı bu müzakirələrə çəkməklə, faktiki olaraq, savadsızlığını hər kəsə göstəriblər.
Doğrudan da Molotovu Njde ilə yalnız məlumatsız adam müqayisə edə bilər. Soljenitsinlə müqayisə isə azərbaycanlılar üçün sadəcə hədiyyə olub. Bu məsələ rusların ən həssas nöqtələrindəndir və onar belə savadsız müqayisələr gördükdə, bu gün Ermənistanı hansı tip insanın idarə etdiyini anlayırlar.
Bu klounadanın Ermənistanda nə qədər sürəcəcəyini demək çətindir. Aydın olan odur ki, erməni cəmiyyətinin əhəmiyyətli hissəsi hansı təhlükə ilə üz-üzə qaldığımızı avamlığından anlamır. Necə ki, 1915-ci ildə başlarına nə gələcəyini anlamırdılar.
Hələ Bertran Rassel deyirdi ki, “… insanlıq üçün ən böyük təhlükə nə müharibələr, nə aclıq, nə də kommunizmdir. Ən böyük təhlükə bu aclığı, müharibələri və kommunizmi doğuran avamlıqdır…”. Burada kommunistləri populistlərlə əvəzləmək reallıqdan o qədər də uzaq olmaz. Beləlilə, biz Rasselin bu fikrin zəmanəmizə uyğunlaşdıra bilərik.
Bütün bunlardan sonra Rasselin fikrinə əlavə edəcək heç nə yoxdur. Reallıq budur!