17 Noyabr 11:44
17 Noyabr 10:22
16 Dekabr 2019 15:14
2 093
“Respublikada baş vermiş hakimiyyət dəyişikliyindən sonra Ermənistanın Baş naziri vəzifəsini tutan Nikol Paşinyan Dağlıq Qarabağ probleminin həlli barədə ifadə işlədərkən tez-tez ziddiyətli və qəbuledilməz qiymətləndirmələr verir”.
Bu, qondarma qurumun “təhlükəsizlik şurasının sabiq katibi” Vitali Balasanyanın ofisinin yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda deyilir ki, Paşinyanın Dağlıq Qarabağ probleminin həll məsələsində yanaşması faktiki olaraq Azərbaycanın milli və dövlət maraqlarına xidmət edir.
“Məsələn, “Qarabağ probleminin həll danışıqlarında Qarabağ iştirak etməlidir”, “Qarabağ Ermənistandır, vəssalam”, “Qarabağ münaqişəsinin həlli Azərbaycan xalqı üçün də məqbul olmalıdır”.
Bunun təzahürü cari il dekabrın 10-da Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədr müavini, “Mənim Addımım” fraksiyasının deputatı Hovhannes İgityanın dodaqları ilə ictimailəşdi.
Sonuncu bildirdi ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həll danışıqlarında Dağlıq Qarabağın azərbaycanlı icması nümayəndələrinin Azərbaycan prezidenti ilə birlikdə gəlməsinə qarşı deyil”, - deyə bəyanatda bildirilib.
17 Noyabr 19:04
980
17 Noyabr 17:54
1 526
17 Noyabr 17:53
1 071