Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibində dəyişiklik: Samir Nuriyev sədr təyin edildi Siyasət

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibində dəyişiklik: Samir Nuriyev sədr təyin edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, 1-ci hissə ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın sədri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Azərbaycan Respublikasının Daxili İşlər naziri
Azərbaycan Respublikasının Xarici İşlər naziri
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi
Komissiyanın katibi
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektorunun müdiri.”.
2. 2-ci hissədən “və hərbi məsələlər” sözləri çıxarılsın.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.