“Onların fikrincə, Qarabağın gələcəyinə Türkiyə qərar verməlidir” Siyasət

“Onların fikrincə, Qarabağın gələcəyinə Türkiyə qərar verməlidir”

“ATƏT-in Minsk qrupunun Çavuşoğlu ilə görüşməsi faktı çoxlarına təəccüblü gələ bilər, lakin Sorosun maliyyəsi ilə fəaliyyət göstərən, rəhbərlərindən biri Ermənistan prezidenti Armen Sarkisyan olan Avro-Atlantik Təhlükəsizlik Təşəbbüsünün bunu uzun illər təbliğ etdiyini bilənlərə yox”.
Bunu Ermənistanın “Adekvat” ictimai təşkilatının rəhbəri Artur Danielyan öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, bu struktur iddia edir ki, Cənub Dəhlizinin (yəni Azərbaycan qaz kəmərlərinin) təhlükəsizliyini gücləndirmək üçün Türkiyə ATƏT-in Minsk qrupunun həmsədri olmalıdır.
“Təkrar edirəm, Ermənistan prezidenti bunu iddia edənlərdən biridir və bəli, “screenshot”lar da var, beləliklə, eşşək-eşşək təkzib etməyə tələsməyin. Onların fikrincə, Qarabağın gələcəyinə Türkiyə qərar verməlidir. Və əslində bunu etməyə başlayır, artıq de-yure də edib”.