“Rusiya danışıqların aparılmasında maraqlı deyil” Siyasət

“Rusiya danışıqların aparılmasında maraqlı deyil”

Azərbaycanın işğal alıtndakı Dağlıq Qarabağ torpaqlarında qondarma “seçki”lərin ikinci turunun nəticələri məlum olub.
Ermənistan KİV-ləri xəbər verir ki, “seçki”lərdə eks-“baş nazir” Araik Arutunyan qalib gəlib.
O, 80%-dən çox səs toplayıb. Xatırladaq ki, koronavurus pandemiyası fonunda keçirilən qondarma seçkilər dünya birliyi tərəfindən tanınmayıb.
Politoloq Məhəmməd Əsədullazadə qəzetimizə açıqlamasında bildirib ki, Ermənistan Koronavirus epidemiyasına baxmayaraq Azərbaycanın işğal olunmuş ərazilərində separtçı rejim ikinci tur “seçkilərini“ keçirib: “Bu qondarma seçki Araik Artunyan və Masis Maliyan arsında baş tutub. Hər iki şəxs Paşinyana yaxndır və kimin seçiləcəyindən asılı olmayaraq, nəticə Paşinyanın burada nəzarəti ələ alması deməkdır. Bununla da Qarabağ klanı xaç atalar - Serj Sarkisyan və Robert Koçaryan siyasi sisteminin mərkəzindən təcrid ediləcəklər. Qeyd edim ki, Paşinyan burada rəhbərliyi ələ aldıqdan sonra separtçıların digər üzvlərinə qarşı cinayət işi qaldıracaq və həbs edəcək. Əsasən Qarabağ klanın önəmli adamı və Paşinyanın düşməni V. Balsanyanın həbs edilməsi reallaşa bilər. Çünki, onun azadlıqda qalması Qarabağda Paşinyan üçün əlavə problemlər yol aça bilər. Qondarma qurumda keçirilən “seçkilər” legitim deyil və bu Ermənistan siyasi səhnəsində yerini möhkəmləndirmək üçün klanların savaş meydanıdır. Bunlar Qarabağ kartından istifadə edərək siyasi hakimiyyət uğrunda mübarizə aparırlar. Ümumiyyətlə, qondarma rejimin rəhbərliyini Ermənistan hakimiyyəti müəyyən edir və Paşinyan da buradakı rəhbəriliyi ələ alır. Azərbaycanla aparılacaq danışıqlarda artıq Paşinyan üçün əlavə bəhanə predmeti olmayacaq. Çünki, ona qarşı gələn Qarbağ klanını buradan da uzaqlaşdırır. Əgər, Paşinyan danışıqlara getməsə, Azərbaycan tərəfinin artıq Paşinyana vaxt tanıması mümkün deyil. Danışqları uzatmağın və sonsuza qədər uzanmasında Yerevan çalışacaq ki, istifadə etsin. Azərbaycan konkret olaraq hərərəkətə keçməlidir. Azərbaycan Silahlı Qüvvələrinin təlimləri Ermənistan üçün mesajdır. Bir neçə gün bundan əvvəl Rusiyanın XİN rəhbəri Sergey Lavrov Ermənistan XİN rəhbəri Z.Mnatsakayanla telefon danışığı, ardınca Azərbaycan XİN rəhbəri ilə əlaqəsi Rusiyanın yeni planından xəbər verir. Rusiya Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların aparılmasında maraqlı deyil”.