“Azərbaycan COVID-19-un fəsadlarının aradan qaldırılmasında böyük uğurlar əldə edib” Siyasət

“Azərbaycan COVID-19-un fəsadlarının aradan qaldırılmasında böyük uğurlar əldə edib”

Azərbaycan ictimai səhiyyə sahəsində böhranı aradan qaldırmaq və COVID-19 pandemiyası fonunda fövqəladə halların fəsadlarını milli səviyyədə azaltmaqda böyük uğurlar əldə edib.
Bunu amerikalı ekspert, Avropa və Amerikadakı hökumətlər, universitetlər və korporasiyaların beynəlxalq məsələlər üzrə strateji məsləhətçisi Piter Teys deyib.
P.Teys bildirib ki, Azərbaycan hökuməti səhiyyə və iqtisadiyyat sahəsində səmərəli tədbirlər görüb:
"Ölkədə bütün xəstəxanalarda ən yaxşı heyət və tibb işçiləri çalışır. Azərbaycanda bu beynəlxalq böhranın öhdəsindən gəlməyə və nəticələrini azaltmağa kömək edən maliyyə sektorunda uğurlu fəaliyyət mövcuddur".
Amerikalı ekspert qeyd edib ki, son üç ayda Azərbaycan pandemiyaya qarşı mübarizədə ən yaxşı nümunələrdən birini göstərdi və böhrandan çıxmaq üçün lazımi tədbirlər gördü:
"İstehsal, qida sənayesi və əczaçılıq müəssisələrinə hökumət tərəfindən göstərilən dəstək sayəsində ölkədə ciddi iqtisadi azalma və işsizliyin artması müşahidə olunmur".
P.Teysin sözlərinə görə, Azərbaycan səhiyyə sahəsində bir çox tədbirlər görüb, makroiqtisadi strategiya həyata keçirib və işsizliyin azaldılması üzrə uğurlu yol xəritəsinə başlayıb:
"Azərbaycan davam edən pandemiya ilə mübarizə sahəsində uğurluq fəaliyyət aparır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti milli iqtisadiyyatın bir çox strateji sahələrinin fasiləsiz fəaliyyətini təmin edən effektiv tədbirlər həyata keçirib".
O qeyd etdi ki, bu kontekstdə hökumət işçi qüvvəsini qorumaq və sahibkarları daha da həvəsləndirmək üçün mükəmməl qərarlar qəbul edib:
"Bu qərarlar Azərbaycan xalqına böyük fayda və milli iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək. 600 min vətəndaşa göstərilən dövlət sosial yardımı 2020-ci ilin ikinci yarısında ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edəcək".