27 İyul 14:20
27 İyul 14:16
27 Aprel 2020 13:49
1 771
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb.
“Xalq Cəbhəsi” qəzeti Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması, həmçinin komandirlər, qərargahlar və şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsidir.
Üç mərhələdə baş tutacaq təlimə 20-dən artıq gəmi və kater, 2 helikopter, o cümlədən 700 nəfərədək şəxsi heyət cəlb olunub.
27 İyul 17:57
784
27 İyul 16:48
861
27 İyul 16:23
847