Azərbaycan nümayəndə heyətinin AŞPA-nın hansı komitələrində təmsil olunacağı müəyyənləşib Siyasət

Azərbaycan nümayəndə heyətinin AŞPA-nın hansı komitələrində təmsil olunacağı müəyyənləşib

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil olunan Azərbaycan nümayəndə heyətinin hansı komitələrə üzv olduğu müəyyənləşib.

Bu barədə AŞPA-nın saytında qeyd olunub.

AŞPA-nın Daimi Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA Bürosunda Avropa Mühafizəkarlar Qrupu və Demokratik Birlik siyasi qrupunun üzvüdür. O, Mədəniyyət, elm, təhsil və media, Siyasi məsələlər və demokratiya komitələrinin və Xarici əlaqələr üzrə alt-komitənin tam üzvüdür.

Nümayəndə heyətinin üzvü Nigar Arpadarai Sosial məsələlər, səhiyyə və davamlı İnkişaf, Bərabərlik və qeyri-diskriminasiya komitələrinin tam üzvüdür.

AŞPA-da Avropa Mühafizəkarlar Qrupu və Demokratik Birlik siyasi qrupunun üzvü olan Sevinc Fətəliyeva Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin və Avropa Sosial Xartiyası üzrə alt-komitənin tam üzvü, Bərabərlik və qeyri-diskriminasiya komitəsində Nigar Arpadarainin əvəzedicisidir.

Erkin Qədirli AŞPA-da Mədəniyyət, elm, təhsil və media komitəsində Rəfael Hüseynovun, Hüquqi işlər və insan haqları komitəsində Kamal Cəfərovun əvəzedicisidir.

Tural Gəncəliyev Siyasi işlər və demokratiya, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitələrin tam üzvüdür.

Sosialistlər, Demokratlar və Yaşıllar siyasi qrupunun üzvü olan Sabir Haciyev Hüquqi işlər və insan haqları komitəsinin tam üzvü, Siyasi işlər və demokratiya komitəsində Tural Gəncəliyevin, Xarici əlaqələr üzrə alt-komitədə isə Səməd Seyidovun əvəzedicisidir.

Rəfael Hüseynov AŞPA-da Avropa üçün Liberallar və Demokratlar siyasi qrupunun üzvüdür. Millət vəkili Mədəniyyət, elm, təhsil və media komitəsinin, Təhsil, gənclik və idman, Mədəniyyət, müxtəliflik və irs alt-komitələrinin tam üzvüdür. O, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitədə Kamal Cəfərovun əvəzləyicisidir.

Kamal Cəfərov Hüquqi işlər və insan haqları, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitələrin tam üzvüdür.

Pərvin Kərimzadə Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsində Nigar Arpadarainin, Bərabərlik və qeyri-diskriminasiya komitəsində Könül Nurullayevanın əvəzləyicisidir.

Avropa Mühafizəkarlar Qrupu və Demokratik Birlik siyasi qrupunun üzvü olan Asim Mollazadə Yaxın Şərq və Ərəb Dünyası alt-komitəsinin tam üzvüdür. O, Miqrasiya, qaçqınlar və məcbüri köçkünlər üzrə komitədə Tural Gəncəliyevin, Siyasi işlər və demokratiya komitəsində Səməd Seyidovun əvəzləyicisidir.

Fazil Mustafa Siyasi işlər və insan haqları komitəsində Sabir Hacıyevin, Mədəniyyət, elm, təhsil və media komitəsində Səməd Seyidovun əvəzləyicisidir.

Bərabərlik və qeyri-diskriminasiya komitəsinin tam üzvü olan Könül Nurullayeva Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsində Sevinc Fətəliyevanın əvəzləyicisidir.