Milli Məclisin iclası başlayıb Siyasət

Milli Məclisin iclası başlayıb

Milli Məclisin növbəti iclası başlayıb.
İclasda 85 millət vəkili iştirak edir.
İclasın gündəliyinə 11 məsələ daxildir.
Bunlar Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələlər, “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında” qanun layihəsi, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisindən tranzit qaydası haqqında 1999-cu il 4 iyun tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi, “Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi, “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair” Protokolunun təsdiq edilməsi haqqında” qanun layihəsi, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında diplomatik nümayəndəlik, konsulluq və daimi nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihələridir.
Bundan başqa, “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda, “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılacaq.