Kestutis Yankauskas Azərbaycan və Aİ arasında vizasız gediş-gəlişin mümkünlüyünə münasibət bildirib Siyasət

Kestutis Yankauskas Azərbaycan və Aİ arasında vizasız gediş-gəlişin mümkünlüyünə münasibət bildirib

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Aİ və Azərbaycan arasında vizasız gediş-gəlişin mümkünlüyünə münasibət bildirib.
Kestutis Yankauskas bu barədə Gənc Avropa Səfirləri ilə keçirdiyi virtual müzakirədə danışıb.
Səfir bildirib ki, readmisiya və vizanın asanlaşdırılması ilə bağlı artıq Azərbaycan və Aİ arasında razılaşma mövcuddur və bu, digər ölkələrlə müqayisədə Azərbaycan vətəndaşlarının Aİ ölkələrinə səfərlərini asanlaşdırır. Azərbaycan və Aİ arasında vizasız gediş-gəlişin mümkünlüyü ilə bağlı sualı cavablandıran səfir deyib ki, bu, mümkündür: “Bu asan proses deyil, ancaq əlçatandır".
K. Yankauskas "Şərq Tərəfdaşlığı" ölkələrindən bəzilərinin artıq Aİ ilə vizasız gediş-gəlişi olduğunu nümunə kimi göstərib.
Gələcəkdə Azərbaycanın Aİ-yə üzvlüyünün mümkün olması ilə bağlı sualı cavablandıran Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri deyib ki, hazırda Azərbaycan hökumətinin rəsmi mövqeyi Aİ ilə rəsmi tərəfdaşlıqdır.