"Azərbaycanlı tələbələrə nömrəmi verin, hər zaman onların yanındayam" -Hulusi Kılıç Siyasət

"Azərbaycanlı tələbələrə nömrəmi verin, hər zaman onların yanındayam" -Hulusi Kılıç

Ali Təhsil Şurasının (YÖK) məlumatına görə, Türkiyənin 81 vilayətində yerləşən 79 müxtəlif universitetdə 21 479 azərbaycanlı tələbə təhsil alır. Onlardan bir çoxu koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün görülən tədbirlər çərçivəsində iki ölkə arasında quru və hava əlaqəsi qeyri-müəyyən müddətədək dayandırılmamışdan əvvəl Vətənə dönə biliblər. Ancaq bununla belə, hələ dəTürkiyə onlayn təhsilini davam etdirən xeyli sayda azərbaycanlı tələbə var. Moderator.az xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı sabiq səfiri, nüfuzlu diplomat Hulusi Kılıç Agah Tv-yə hər zaman azərbaycanlı tələbələrə dəstək olacağını bildirib. Səfir canlı yayımda çətinliyi olan gənclərə mənim nömrəmi verin deyib: "Mən inaniram ki, burdakı tələbələr Azərbaycanın Türkiyədəki səfirliyi ilə mütəmadi əlaqə saxlayır, özünütəcrid şəraitində yaşayır və onlayn dərslərlə təhsillərini davam etdirirlər. Çünki Azərbaycanın Türkiyədəki səfiri, qardaşım Xəzər İbrahimin bu barədə çox həssas olduğuna əminəm. Amma məndə hər zaman dəstək olmağa hazır olduğumu bildirirəm. Sizə yadımla bağlı müraciət edən gənclərə mənim nömrəmi verin. Mən hər zaman demişəm və deyəcəyəm "Mən Bir Millətin Səfiriyəm". Və hər zaman Azərbaycan və Türkiyə münasibəti və qardaşlığı üçün çalışacam.