Türkiyə Azərbaycan vətəndaşlarına müalicə məqsədi ilə ölkəyə daxil olmalarına icazə verib Siyasət

Türkiyə Azərbaycan vətəndaşlarına müalicə məqsədi ilə ölkəyə daxil olmalarına icazə verib

Türkiyə hökuməti Azərbaycan vətəndaşlarına müalicə məqsədi ilə ölkəyə daxil olmalarına icazə verib.
Bununla əlaqədar Türkiyə Səhiyyə Nazirliyinin müvafiq qərarı dərc olunub.
Qeyd olunur ki, Azərbaycanla yanaşı, daha 30 ölkənin vətəndaşına Türkiyəyə müalicə məqsədi ilə gəlmək icazəsi verilib. Bu ölkələr sırasında Böyük Britaniya, Almaniya, Rusiya, Gürcüstan, Niderland, Qazaxıstan və digər ölkələr yer alıb.
Qaydalara əsasən, xəstə ilə yanaşı, bir nəfər də sərhədi keçə bilər.
Bununla belə, Türkiyəyə yalnız koronavirus testi mənfi nəticələnmiş xəstələr və yaxınları buraxılacaq.